Sabah hava necə olacaq?
Oktyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Digər Xəbərlər
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

