Sabah Bakıda yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Qubada insan sümükləri TAPILDI

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
