“Rusiya Könüllülər Korpusu”nun lideri Ukraynada öldürülüb
Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən “Rusiya Könüllülər Korpusu”nun lideri Denis Kapustin öldürülüb.
Adalet.az xəbər verir ki, Kapustinin Zaporojye vilayətində PUA zərbəsi nəticəsində həlak olduğu bildirilib.
Qeyd edək ki, Kapustin 2023-cü ilin yazında Rusiyanın Kursk və Bryansk vilayətlərinə hücumların təşkilatçılarından biri olub. Onun barəsində Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçmək ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Daha sonra hərbi məhkəmə onu xəyanət və terrorizmə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
"Rusiya Könüllülər Korpusu" Rusiya Federasiyasında qadağan edilib və terror təşkilatı kimi tanınır.
Digər Xəbərlər
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 15:06
“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
27 Dekabr 2025 14:00


Bakı -°C

