17 Iyun 2025 15:37
270
SİYASƏT

"Rusiya Azərbaycana minnətdardır" - Kreml

"Rusiya rusların İrandan çıxarılması üçün şərait yaratdığına görə Azərbaycana minnətdardır".  

Adalet.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bizim azərbaycanlı dostlarımız ən əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - o, bildirib.

Peskov həmçinin qeyd edib ki, Rusiyanın Tehrandakı səfirliyi İsraillə münaqişə fonunda rusların İrandan çıxarılması məsələsi üzərində işləyir.