Rəsmi qarşılama mərasimindən - FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Vyetnam Sosialist Respublikasının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qarşısından keçib.
Sonra rəsmi foto çəkdirilib.
Digər Xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə son hadisələri müzakirə etdi

BƏƏ Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

İlham Əliyevdən 5 milyon manatlıq SƏRƏNCAM

Onlara Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İlham Əliyev Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü
