Rektor Səadət Əliyeva ABŞ səfirliyinin rəsmi qəbulunda iştirak edib

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ABŞ-nın Azərbaycandakı səfirliyində keçirilən rəsmi qəbulda iştirak edib. Tədbir ABŞ səfirliyinin yeni İctimaiyyətlə əlaqələr üzrə müşaviri cənab Michael Hackett və onun müavini cənab Anthony Dean Franchinanı qarşılamaq məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində Azərbaycan Universiteti ilə ABŞ səfirliyi arasında davam edən əməkdaşlıq məsələləri müzakirə olunub, xüsusilə təhsil sahəsində gələcək planlara toxunulub. Görüşdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova da iştirak edib.
Qeyd edək ki, 2025/2026-cı tədris ili ərzində Azərbaycan Universiteti Fulbright İngilis Dili Tədrisi üzrə Assistent (ETA) proqramı çərçivəsində ölkəyə gələn üç müəllimdən birini qəbul edəcək. Bu proqram və proqram çərçivəsində qurulan əməkdaşlıqlar həm universitetin qlobal əlaqələrini gücləndirir, həm də tələbələr üçün beynəlxalq təcrübə və dil bacarıqlarının inkişafı baxımından böyük imkanlar yaradaraq yeni perspektivlər açır.
Digər Xəbərlər

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

Bakı Xoreoqrafiya Akademiyası və ADA Universiteti arasında görüş keçirilib

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi - VİDEO

Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR

Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO

"İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur"

"XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək" - Məleykə Abbaszadə
