“Humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir”
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə İran İslam Respublikasının xalqına göstərilən humanitar yardım təşəbbüsü mürəkkəb və həssas bir dövrdə həyata keçirilən mühüm və uzaqgörən addımdır. Müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından bu cür yardımlar xüsusi əhəmiyyət kəsb edir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, humanitar yardım hər hansı siyasi mövqedən daha çox, insani dəyərlərin ifadəsidir:
“Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir.Azərbaycanın bu addımı bir daha göstərir ki, ölkəmiz regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, eyni zamanda humanitar sahədə də məsuliyyətli və etibarlı tərəfdaşdır. Bu cür təşəbbüslər dövlətimizin sülhə, sabitliyə və insan həyatının qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq humanitar missiyalara verdiyi töhfələrin davamlı xarakter daşıdığını da bir daha təsdiqləyir. Eyni zamanda bu yardım iki xalq arasında mövcud olan tarixi, mədəni və insani bağların daha da möhkəmlənməsinə xidmət edir. Çətin günlərdə göstərilən dəstək xalqlar arasında qarşılıqlı etimadı artırır və gələcək əməkdaşlıq üçün sağlam zəmin yaradır. Düşünürəm ki, humanitar yardımların əsas mahiyyəti məhz belə məqamlarda özünü göstərir - insan həyatının, sağlamlığının və rifahının qorunması hər zaman prioritet olmalıdır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq, regionda humanitar həmrəyliyin güclənməsinə töhfə verməyə davam edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Aprel 2026 14:40
Prezidentdən nəqliyyat dəhlizləri ilə bağlı AÇIQLAMA
06 Aprel 2026 14:39
"Bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik" - Dövlət başçısı
06 Aprel 2026 14:39
Prezident və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
06 Aprel 2026 14:38
"Tarixi əlaqələrimiz möhkəm zəmindir" - İlham Əliyev
06 Aprel 2026 14:37
"Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir" - Prezident
06 Aprel 2026 14:36
"İlham Əliyev Gürcüstanın dəyərli dostudur" - Kobaxidze
06 Aprel 2026 13:40
İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü oldu - FOTOLAR
06 Aprel 2026 13:18


Bakı -°C

