Qurban Məmmədov və Tural Sadıqlı ilə bağlı VACİB XƏBƏR

Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində barələrində qiyabi icraat aparılan Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevə, onların müdafiəçilərinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il avqustun 20-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.
Onlara izah edilir ki, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
Qeyd edək ki, Qurban Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2, 214-2, 281.2 maddələri ilə, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 220.2, 281.2 və 320.1-ci maddələri ilə, Orxan Ağayev barəsində isə 220.2 və 281.2-ci maddələri cinayət işi açılıb, qiyabi olaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
