Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39500 manat və 12000 ABŞ dolları olan seyfi oğurlayıb.
Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB
