Qəzada ölən Jotanın ailəsinə 15 milyon dollar verildi - “Çelsi”dən jest

Klublararası Dünya Çempionatını qazanan İngiltərənin “Çelsi” klubu idmanda təkcə uğurun deyil, həm də dəyərlərin önəmli olduğunu göstərən addım atıb.
Adalet.az xəbər verir ki, mavi formalılar çempionluq münasibətilə futbolçulara verilən 15 milyon dollarlıq mükafatı faciəvi şəkildə həyatını itirən “Liverpool”un portuqaliyalı futbolçusu Diogo Jota və onun qardaşı Andre Silvanın ailələrinə bağışlayıb.
Qeyd edək ki, Jota və qardaşı 3 iyulda İspaniyada baş verən dəhşətli yol qəzasında dünyasını dəyişib. Onların mindiyi avtomobil alışaraq yanıb. Bundan sonra “Liverpool” Jotanın 20 nömrəli formasını əbədi olaraq kənara çıxarıb.
Üç uşaq atası olan Diogo Jotanın itkisi futbol aləmini dərindən sarsıdıb.
Digər Xəbərlər
19 Avqust 2025 17:58 "Qarabağ" - "Neftçi" oyunu Zəfər Günü ərəfəsində keçiriləcək
19 Avqust 2025 12:13 Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb
19 Avqust 2025 10:29 Vinisius millinin növbəti oyunlarını buraxacaq
19 Avqust 2025 09:10 

Bakı -°C 










