"Qardaşlıq və bərabərlik" istəyindən öncə atılası addımlar - ŞƏRH

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl şair Səid Muğanlı məlumat yaydı ki, Tehranda keçirilən kitab sərgisində “Kitabi-Dədə Qorqud”un satışına və Azərbaycan dilində kitabların nəşri ilə məşğul olan "Yaylıq" nəşriyyatının da fəaliyyətinə qadağa qoyulub.
Buna baxmayaraq, İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə deyib ki, İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir:"“Biz çalışırıq ki, ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh və əmin-amanlıq olsun. Biz Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik üçün çalışırıq. Səudiyyə Ərəbistanı İslam ölkəsidir və İslam orada doğulub. Bir-birimizlə döyüşə bilərikmi? Amma o, (ABŞ Prezidenti Donald Tramp – red.) Səudiyyə Ərəbistanını bir tərəfə, bizi isə digər tərəfə qoymaq istəyir. O, bölgədə iğtişaşlar səpmək istəyir, amma buna imkan verməyəcəyik”.
İndi, adam qalır çaşbaş... Bax bu "qardaşlıq və bərabərlik" istəmək hara , Azərbaycan dilinə, Azərbaycana, azərbaycanlılara qarşı bu qısqanclıq hara...?Axı, İran İslam Respublikasının əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır. İranda azərbaycandilli məktəblər açılacağı ilə bağlı söhbətlət hələ 2014-cü ildən var, amma hələ də İranda 40 milyona yaxın azərbaycanlı ana dilində təhsil ala bilmir. İranda 200 min erməninin 50-dən çox məktəbi olduğu halda 40 milyona yaxın azərbaycanlı hələ də fars dilində təhsil alır?
Milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində soydaşlarımızın ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrəncliyini açıq şəkildə ortaya qoyur. Bəlkə öncə bu iyrəncliyi ortadan qaldırıb , sonra "qardaşlıq və bərabərlik" haqqında danışaq?
Onda söhbət də səmimi alınar, məqsəd də aydın olar, mənzilə də tez çatmaq mümkündür.
Əntiqə Rəşid
Digər Xəbərlər

Sahibə Qafarova Sandor Lezsak ilə görüşüb

Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi

Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi

İlham Əliyev Albaniyanın Baş nazirini təbrik etdi

Ramil Usubov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü

Şahbaz Şərif Pakistanla həmrəylik və dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Milli Məclisdə Qlobal Cənuba dair müzakirə təşkil olunub
