«QARABAĞ»IN BAŞI ÜZƏRİNDƏ BİR KABUS DOLAŞMAQDADIR
General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir. Çempion olmaq istəməyən klubun prezidenti də general olmaq istəməyən əsgərdir.
«Qarabağ» klubunun prezidenti hörmətli Tahir Gözəl qəribə bir açıqlama verib. «Sabah»ı tərifləyəndən sonra deyir ki, ola bilər ki, «Qarabağ» Avroliqada, Konfransliqasında daha böyük nailiyyətlər əldə edə bilər.
Amma bizim fikrimizcə, «Qarabağ» bu il də çempion olacaq və gücünü Avroliqada və Konfrans liqasında deyil, yenə də Çempionlar liqasında göstərəcək. Klubun sabahı haqqında da sözü yalnız Qurban Qurbanov və futbolçular deyə bilər. Yaxşı olar ki, klubun prezidenti maliyyə məsələləri ilə məşğul olsun, sponsorluğunu eləsin.


Bakı -°C

