Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Adalet.az Xitab24.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Onun bu davranışından iki tələbə zərər çəkib.
Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.
Digər Xəbərlər
29 Oktyabr 2026 20:10
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
27 Oktyabr 2026 20:45
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
27 Oktyabr 2026 16:54
Kukla Teatrının direktoru onu məhkəməyə verdi
27 Oktyabr 2026 11:21
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
20 Oktyabr 2026 10:19
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə
19 Oktyabr 2026 18:26
Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
09 Oktyabr 2026 17:55


Bakı -°C

