23 May 2025 10:39
106
KRİMİNAL

Qanunsuz saxlanılan silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Adalet.az xəbər verir ki, mayın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 34 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.