Qanunsuz saxlanılan heyvanlar Bakı Zooloji Parkına təhvil verildi

Buzovna qəsəbəsində yerləşən "The Farm" adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.
Adalet.az xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən, atçılıq mərkəzi və restoran kimi fəaliyyət göstərən iaşə obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.
Keçirilən yoxlama zamanı “The Farm” adı altında fəaliyyət göstərən obyektin ərazisində qanunsuz şəkildə 9 baş xallı maral və makaka növünə aid 1 baş meymunun saxlanıldığı müəyyən edilib.
Heyvanlar IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək ilkin olaraq klinik şəraitdə tibbi müayinədən keçirilib. Daha sonra onların sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etmək məqsədilə Bakı Zooloji Parkına təhvil verilməsi təmin olunub.
Digər Xəbərlər

Ağalıda uşaqlıq xatirələri yenidən yazılır - VİDEO
jpg-1754027234.jpg)
Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli - II yazı

Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI

"Böyük Qayıdış": Üzü Xıdırlıya - YENİLƏNİB

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur
