Prezidentin Moskvaya getməməsinin SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.
Adalet.az xəbər verir ki, apa Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib.
Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.
Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.
Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.
Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.
Digər Xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə son hadisələri müzakirə etdi

BƏƏ Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

İlham Əliyevdən 5 milyon manatlıq SƏRƏNCAM

Onlara Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İlham Əliyev Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü
