Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.
Nicat
Digər Xəbərlər

Ankarada Milli Qurtuluş Günü qeyd olunub - FOTOLAR

Yol polisindən “Son zəng”lə bağlı xəbardarlıq

Azərbaycan xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

"Maşa və Ayı"ya görə Space TV-yə xəbərdarlıq edildi

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Laçın şəhərinin Baş planı təsdiqləndi

Qaz təchizatının kəsilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir
