Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Adalet.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.
Digər Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Təlimdə iştirak edəcək heyət Türkiyəyə yola düşdü - VİDEO

Şuşada daha bir yaşayış kompleksinin təməli qoyulub - FOTO + YENİLƏNİB

Prezident və birinci xanım Daşaltıda məscidin açılışında iştirak ediblər - YENİLƏNİB

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO
