Prezident Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.
Adalet.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirildi.
Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edildi, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.
Digər Xəbərlər
09 Aprel 2026 19:04
Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olundu
09 Aprel 2026 18:46
İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
09 Aprel 2026 15:34
Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
09 Aprel 2026 13:55
“Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa...”
09 Aprel 2026 13:06
Baş nazir litvalı həmkarı ilə görüşdü
09 Aprel 2026 12:14
İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir
09 Aprel 2026 12:09
İlham Əliyev: Mina problemi Qarabağda bərpa və quruculuq işlərinin aparılmasını ləngidir
09 Aprel 2026 12:00


Bakı -°C

