Prezident Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".
Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Digər Xəbərlər

İşçi qrupunun növbəti iclası Ağdamda keçirildi

Əli Əsədov tapşırıqlar verdi

MM-in növbədənkənar sessiyasının ilk iclası bu tarixdə olacaq

Parlamentin növbədənkənar sessiyası çağırılıb

Milli Məclisin yaz sessiyası başa çatdı

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişdi

"Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər işləmir" - Deputat
