Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına pul ayırdı

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Adalet.az-ın məlumatına görə, sənəd 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır.
Sərəncam Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.
Digər Xəbərlər

"Qisas" antiterror əməliyyatından ÜÇ İL ÖTÜR

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
