Prezident 10 il əvvəlki fərmanını "Qrant haqqında" yeni qanuna uyğunlaşdırıb

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, 10 il əvvəl imzalanmış fərman artıq "Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi" haqqındadır. Bu dəyişiklik "Qrant haqqında" qanunun dəyişməsi ilə bağlıdır.
Digər Xəbərlər

İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir - XİN rəsmisi

Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşdü

Bakıdan İran XİN rəsmisinin sözlərinə SƏRT CAVAB

“Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və mənəvi irsini yaşadır” - Adəm İsmayıl Bakuvi

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq müzakirə olunub

Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələlər müzakirə ediblər

İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
