Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.
Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən edilib.
Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.
Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Digər Xəbərlər

"Qisas" antiterror əməliyyatından ÜÇ İL ÖTÜR

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşüb

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
