Polis əməliyyat keçirdi - 881 kiloqram çətənə kolu aşkarlandı - VİDEO

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb

Polis 11,8 kq narkotik vasitə aşkarlayıb

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
