12 May 2025 12:54
387
MÜSAHİBƏ

"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Türkiyə mətbuatı məlumat yayıb ki, PKK terror təşkilatı özünü buraxdığını elan edib.Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib:“Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib”.


PKK-nın fəaliyyətini dayandırmasının əhəmiyyəti ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Adalet.az -a danışıb.


- Zaur müəllim, PKK uzun illərdir Türkiyənin taleyində qanlı, faciəli olaylara imza atan ən böyük və tək terror təşkilatı olaraq fəaliyyət göstərib. Bu gün ləğv edildiyini elan bu terror təşkilatının işini dayandırmasının əhəmiyyətini oxucularımıza açıqlamğınızı xahiş edirik.

 


- Hamımıza məlumdur ki, bu terror qruplaşmasını ABŞ yaradıb . Yaratmasında səbəb isə məhz Türkiyəni zəiflətmək, bu dövlətin milli təhlükəsizliyinə təhdid yaratmaq olub. Bu da məlumdur ki, Ankara NATO müttəfiqi olsa da, heç vaxt Ağ evdən asılı olmayıb, hər zaman öz qərarlarını özü verib, müstəqil siyasət yeridib. Bundan narahat olan Ağ Ev PKK kimi bir təşkilat yaradaraq onu Türkiyədə Suriya və İraqda yerləşdirdi. Uzun illərdir, PKK terror qruplaşmaları Türkiyə üçün ən əsas problemlərdən biri olub.


- Bəs Türkiyədə yaşayan bir belə xaini ABŞ bir yerə necə yığa bildi?


- Türkiyə dövlətinə qarşı araqarışdırıcı münasibət bəsləyənləri tapmaq ABŞ üçün elə də çətin olmadı. 1974-cü ildə Ankara Yüksək Təhsil Dərnəyi (AYÖD) adlı gənclik təşkilatı içərisində fəaliyyət göstərən Abdullah Öcalan, Kəsrə İldırım (Öcalan), Haqqı Karaer, Cəmil Bayık, Kamal Pir adlı şəxslər Ankaranın Tuzluçayır səmtində etdikləri bir yığıncaqla təşkilatın ilk təməllərini atdılar. Təşkilat ilk fəaliyyətini Diyarbakır, Şanlıurfa, Qaziantepdə başlatdı. Ona görə bu ərazilərdən başladılar ki, orada problemlər çox idi və narazı insanlar da xeyli idi. Məsələn, Qaziantepdə sənayenin inkişafıyla birlikdə bu şəhərə yoxsul işçi sinfinin sıx köçü, Diyarbakırda keçmişdə yaşanmış olan bir üsyan hərəkətləri, Şanlı Urfada isə feodal quruluşun davam etməsi təşkilatı tez bir zamanda möhkəmlətdi.

Xəyanətin ilk addımı isə 27 Noyabr 1978 -ci il tarixində təşkilat üzvləri tərəfindən Diyarbakırda edilən yığıncaqla KADEK (Kürdüstan İşçi Partiyası, Partiyaya Karkaren Kürdüstan) elan edildi. 1980-cı ildə Türkiyədə başlanan həbslərlə bağlı olaraq Diyarbakır Həbsxanasında PKK-nın say tərkibi çoxalmasına zəmin yarandı. PKK mərkəz komitəsi üzvü Kamal Pirin –"Kürdüstan azadlıq mübarizəsinin ürəyi Diyarbakırda Diyarbakırın ürəyi də zindanda atmaqdadır".- ifadəsi PKK-rın sıx olaraq olduğu həbsxanaların bir təhsil mərkəzi halına gətirilmiş olduğunu göstərməkdədir. Yəni, artıq bu terror təşkilatı beyinləri yumaqla özünü möhkəmlətməkdə idi.

- Elə bu möhkəmlənmədən sonra Abdullah Öcalanın göstərişi ilə PKK-lıların silahlı hücumu oldu. 15 avqust 1984-cü ildə Siirtin Eruh və Hakkarinin Şemdinli rayonlarındakı terror böyük, amma təhlükəli bir məqsəddən xəbər verirdi. PK-nın törətdiyi İlk qanlı olayda 3 nəfər öldü, 8 nəfər ağır yaralandı...


Və elə hən tarixdən başlayaraq PKK-lılar Türkiyə dövlətinə qarşı silahlı basqın, terror və hücumlara bşlayıb. Türkiyənin hər hansı bölgəsində baş verən faciədə məhz bu silahlıların rolu olub.


- Maraqlıdır ki, təşkilatın yaranması ilə silahlanmaları eyni vaxta düşür.


- ABŞ və Fransanın "çətiri" altında güclənən PKK da, YPG təcili silahlandırıldı. Xüsusən , Co Bayden administrasiyası dövründə bu proses daha intensizv həyata keçirilib. Xatırlayırsınızsa, ötən il, ABŞ Suriyada fəaliyyət göstərən PKK terror təşkilatına 60 zirehli maşından ibarət hərbi texnika və təchizat göndərdi. 2021-ci ildə isə ABŞ PKK -ya ümumilikdə 240 TIR hərbi yardım göndərdi. Baxmayaraq ki, Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunurdu.


- Yadınızdadır, ötən il ABŞ PKK-ya silah yardımı edəndən sonra Ankarada terror hadisəsi baş verdi və bunun nəticəsində 4 nəfər dinc insan həlak oldu, 14 nəfər yaralandı.


- Demək olar ki, Türkiyədə dinc insanlar hər zaman harda, nə vaxt terrora tuş gələcəyinin həyəcanını keçiriblər. Məsələn, insanlar rahat şəkildə, turistlər arasında populyar olan İstanbulda - Sultanəhməd meydanından keçdikləri məqamda Suriya əsilli hücumçu özünü partlatdı. Xatırlayarsınız....2016-cı ilin 12 yanvarında... Hadisə nəticəsində 11 nəfər günahsız insan  öldü, 15 nəfər yaralandı. Bu və digər qəfləti terrorlar insanlar arasında böyük bir təlaş və güvənsizlik yaradırdı. PKK-nın ləğvində ən mühüm məqamlardan biri budur ki, dinc vətəndaşlar ölkəsində güvənlə, rahatlıqla, terror qorxusu olmadan hərəkət edəcəklər.
İkincisi - ABŞ-ın Türkiyənin müstəqilliyinə müdaxiləsinin rıçaqlarından birinin aradan qalxması ən mühüm amillərdəndir. Üçüncüsü Türkiyə artıq terrorla mücadilə üçün nə iqtisadi nə də hərbi itkilərə məruz qalmayacaq. Türkiyənin PKK-nın bitirilməsinə sərf etdiyi büdcədən ayrılmış vəsait artıq ölkənin inkişafına yönələcək.
Dördüncüsü Türkiyədə yaşayan xalqlar arasında intiriqa və ədavət soyuyacaq. Kənar qüvvələrin təşkil etdiyi , körüklədiyi, "kürd-türk problemi" getdikcə zəifləyəcək .
Bütün bunlardan vacib isə mehmetçiklər şəhid olmayacaq! Qüdrətli Türk ordusu zəifləməyəcək! Bilirsiniz ki, ABŞ-da yerləşən “Global Firepower” 2024-cü il üçün dünyanın ən güclü ordularının siyahısı açıqlayıb və qardaş Türkiyə dünyada 8-ci, Yaxın Şərqdə 1-ci yerə layiq görülüb. Yəqin ki, PKK-nın ləğvindən sonra Türkiyənin ordusunda daha böyük irəliləyişlər olacaq! Biz buna əminik, biz bunu arzulayırıq!


- Ətraflı və maraqlı açıqlamalara görə, təşəkkür edirik..!


Söhbətləşdi Əntiqə Rəşid