Peyvənd üçün ən yaxşı vaxt bu aylardır - AÇIQLAMA
“Mövsümi xəstəliklər adətən ilin müəyyən dövrlərində (əsasən payız və qış və ya yay aylarında) daha çox yayılır”.
Adalet.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova deyib.
Onun sözlərinə görə, bunlara soyuqdəymə, qrip, bronxit, su çiçəyi, allergiyalar, mədə-bağırsaq infeksiyaları və s. daxildir:
“Mövsümi xəstəliklərdən ən çox rast gəlinən qrip xətəstəliyinə qarşı hər il vaxtında peyvənd olunmalıdır. Qrip peyvəndi hər il vurulmalıdır, çünki virus tez dəyişir və yalnız yeni peyvənd mövsüm boyu qoruyur. 6 aydan yuxarı bütün şəxslərə, xüsusilə yaşlılara, hamilə qadınlara, xroniki xəstəlikləri olanlara və tibb işçilərinə tövsiyə olunur. Peyvənd xəstəliyin qarşısını tam almasa da, ağırlaşmaları, kəskin ağırlaşma və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Peyvənd vurdurmaq üçün ən yaxşı vaxt payızda – sentyabr və oktyabr aylarıdır. Qrip peyvəndi təhlükəsizdir. Ona görə də hər kəs vaxtında peyvənd olunmalıdır.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər”.
Şöbə müdiri vurğulayıb ki, həmçinin mövsümi xəstəliklərdən qorunmağın ən əsas yolları şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, insanların sıxlıq təşkil etdiyi yerlərdə otaqların havasını dəyişdirmək, düzgün qidalanmaq, kifayət qədər yatmaq, idmanla məşğul olmaq, xəstəliklər çox yayıldığı dövrlərdə izdihamlı yerlərdə tibbi maskadan istifadə etmək məsləhətdir.
Digər Xəbərlər
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

