Özge Gürel: Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum
“Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum. Çünki bu, ağrılı bir hekayə idi”.
Adalet.az xəbər verir ki, bunu “44” filminin premyerasına həsr olunmuş mətbuat konfransında Türkiyənin tanınmış aktrisası Özge Gürel deyib.
“Biz sadəcə bir hekayə danışmadıq. Bu, həqiqətən yaşanmış bir hadisə idi və mənim üçün çox önəmli idi. Bunun məsuliyyəti də çox böyük idi. Biz "44" filmində bir xalqın ağrısını, mübarizəsini və həmin mübarizənin nəticəsində haqq edərək qazanılmış bir qəhrəmanlığı göstərdik.
Yaradıcı heyət olaraq bu iş bizim üçün çox fərqli idi. Çatdırmağa çalışdığımız duyğuları özümüz də həqiqətən yaşadıq. Hər bir həssas məqama diqqət yetirərək, bu hissləri dərindən yaşayaraq hekayəni anlatmağa çalışdıq. Ümid edirəm ki, tamaşaçılarımız da eyni duyğuları hiss edəcəklər.
Azərbaycandakı çəkiliş prosesi mənim özümü ən yaxşı hiss etdiyim dövr idi. Çəkiliş heyəti, rejissorlarımızla birlikdə özümü həqiqətən dost məclisindəki kimi hiss edirdim. Bu, böyük həyəcan və xoşbəxtliklə çalışdığımız bir proses idi. Ona görə də bütün işlərimiz sanki uçaraq gedirdi. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətim də belə olacaq, - aktrisa qeyd edib.
Digər Xəbərlər
31 Oktyabr 2026 13:04
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31


Bakı -°C

