Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - VİDEO
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Adalet.az xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan sərnişin - Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkilən faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
14 Sentyabr 2026 18:36


Bakı -°C

