Onlayn bilet satışı adı altında kiberdələduzluq - ETX-dən vətəndaşlara MÜRACİƏT

Son günlər teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
Bu barədə Adalet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinfən (ETX) bildirilib.
Qurumun məlumatına görə, dələduzlar öz məqsədlərini “theatre-stage.live” kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.
"ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər", - deyə ETX bildirir.
Digər Xəbərlər
31 Oktyabr 2025 19:59 Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazandı!
29 Oktyabr 2025 16:48 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib
25 Oktyabr 2025 14:15 Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 

Bakı -°C 







