adalet.az header logo
  • Bakı -°C
07 Mart 2026 15:15
87
MƏMLƏKƏT
A- A+

Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 sm-ə çatıb.

Bu barədə Adalet.az-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Kükü kəndində səhər saatlarında yenidən güclü qar yağışı başlayıb. Bundan əvvəl yağan qarın hündürlüyü 12 santimetr, ümumi qar örtüyünün qalınlığı isə 54 santimetr təşkil edib.