Narkotiklərdən istifadə və kriminal həyat tərzini təbliğ edən şəxs həbs olundu - VİDEO

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və kriminal həyat tərzini təbliğ edən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 40 yaşlı İmadi Abduləzimov saxlanılıb.
Qeyd edilən faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İ.Abduləzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı
