Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
Abşeron rayonunda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Adalet.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı, 77-KJ-867 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Bədəlov saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı K.Bədəlovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Bədəlov 20 sutka inzibati qaydada həbs edilib.
Həmin sürücünün bir müddət əvvəl də avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün məsuliyyətə cəlb edildiyi bildirilir.
Digər Xəbərlər
25 Dekabr 2025 10:55
Narkotikin təsirində olan sürücü və sərnişinləri saxlanıldı - VİDEO
24 Dekabr 2025 10:17
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
23 Dekabr 2025 17:10
Şəhid bulağından oğurluq edildi - VİDEO
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18


Bakı -°C

