“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ölkəmizin ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq təşkil edib. Treninqdə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Şəki Dövlət Regional Kolleci, ADNSU nəzdində Sənaye və Texnologiya Kollecindən ümumilikdə 35 müəllim iştirak edib.
Treninqdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ziya Səmədli, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, BBMM-in şöbə müdirləri Yadigar Məmmədli, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Şahnaz Abdullayeva və məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları”, “Zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, caynizm, xristianlıq, islam, qədim türk inancları”, “Multikulturalizm və media”, “Etnik müxtəliflik və milli ideya”, “Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi”, “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi” və “Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)” mövzularında mühazirələr təqdim edilib. Mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin (Elm və təhsil nazirinin) müvafiq əmri ilə 2019-cu ilin sentyabrından etibarən ölkəmizin bütün ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” fənni tədris edilir. Fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil olunur.
Digər Xəbərlər
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55
Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
17 Dekabr 2025 16:47


Bakı -°C

