12 May 2025 14:06
124
SİYASƏT

Milli Məclisdə Qlobal Cənuba dair müzakirə təşkil olunacaq

Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirə keçiriləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 14 may tarixində keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə əlavə edilib.