Mətbuat Şurasının IX qurultayı keçirilib - YENİLƏNİB
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.
Adalet.az xəbər verir ki, qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Qurultayda çıxış edən Rəşad Məcid bildirib ki, hesabat dövründə Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub. Rəşad Məcid çıxışı zamanı dil məsələləri ilə bağlı görülən işlərə və təşəbbüslərə görə bir sıra şəxsə, o cümlədən "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızına təşəkkürünü bildirib. O qeyd edib ki, Mətbuat Şurası dövlət başçısının vurğuladığı məqamları rəhbər tutaraq Dil Komissiyasının fəaliyyətini gücləndirib: "Vüsalə Mahirqızının rəhbərliyi və təşəbbüsü ilə bu mövzuda mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, medianın dili ilə bağlı tədbirlər təşkil edilib. Bu tədbirlər ictimai rəyin formalaşdırılması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır".
Müşfiq Ələsgərli çıxışı zamanı jurnalistlərin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə olunduğunu bildirib. Onun sözlərinə görə, yeni texnologiyaların mediada tətbiqi etik çərçivənin müəyyənləşdirilməsini və jurnalistlərin peşə məsuliyyətinin qorunmasını zəruri edir. Yeni prinsip səs birliyi ilə qəbul olunub.
Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli çıxışında ölkəyə qarşı yönələn dezinformasiyanın qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, qurum bu istiqamətdə intensiv fəaliyyət göstərib, zərurət yarandıqda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayıb.
Fərid Pərdəşünas isə süni intellektin jurnalistikaya təsirindən danışıb. O bildirib ki, yeni texnologiyalar sahədə müəyyən dəyişikliklər yaratsa da, jurnalistika öz aktuallığını itirməyəcək.
Sonda Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.
Qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Səsvermə yolu ilə seçilən İdarə Heyətinin tərkibinə 23 nəfər daxil olub.
09:11
Bakıda Azərbaycan Mətbuat Şurasının IX qurultayı öz işinə başlayıb. Qurultay Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilir.
Adalet.az xəbər verir ki, toplantıda iştirak edəcək nümayəndələrin ümumi sayı 225 nəfər olaraq təsdiqlənib.
Qurultayın gündəliyinə Mətbuat Şurası İdarə Heyəti sədrinin fəaliyyəti ilə bağlı hesabatın, eləcə də Nəzarət-Təftiş Komissiyasının məruzəsinin dinlənilməsi daxildir. Hesabatlar ətrafında fikir mübadiləsi aparıldıqdan sonra Şuranın yeni İdarə Heyətinin formalaşdırılması üçün seçkilər keçiriləcək.
Seçkilər çərçivəsində Təşkilat Komitəsi tərəfindən yekun bülletenə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. Onlardan 28-i jurnalist, 18-i isə ictimaiyyət nümayəndəsidir.
Səsvermənin nəticələrinə əsasən, jurnalist namizədlər arasından 14 nəfərin, ictimaiyyət nümayəndələri arasından isə 9 nəfərin İdarə Heyətinə seçilməsi nəzərdə tutulur. Beləliklə, qurultay çərçivəsində Şuranın növbəti fəaliyyət dövründə təmsil olunacaq heyətin tərkibi müəyyənləşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə Rəşad Məcid sədrlik edir.
Digər Xəbərlər
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57


Bakı -°C

