Məsmə Aslanqızı: “Bilərəkdən ya bilməyərəkdən etdiyin bir günahın varsa…”

Əməkdar artist Məsmə Aslanqızının sosial şəbəkə hesabında paylaşımı izləyicilərini kədərləndirib.
Adalet.az bildirir ki, o, həmkarı əməkdar artist Rəşad Bəxtiyarovun dünyasını dəyişməsini özü üçün ağır itki hesab esib:
“ İtkinin ağrısı çox pis olur. Sanki daxildən bir hiss səni qaranlıq quyunun dibinə aparır…Heç nə eləmək istəmirsən. Heç kiminlə danışmaq istəmirsən. Qolun-qanadın sınıb. Sadəcə çarpayıda uzanıb ancaq tavana baxırsan. İçini çeynəyib parçalayan suallara cavab axtarırsan…
Bu gün sənin 3-ündür, Rəşad… təsəvvür edirsən? Bir yerdə oturub ruhlardan, ölümdən, o dünyanın varlığından, yoxluğundan danışırdıq. Bu gün isə sən ruhun özüsən… Elə bilirdik hələ 100 il yaşayacayıq. Amma elə deyilmiş… Allah dərgahın qapısını üzümüzə nə vaxt açacaqsa, o vaxt da həyata əlvida deyəcəyik… Yolun cənnət yolu olsun, əzizim. Bilərəkdən ya bilməyərəkdən etdiyin bir günahın varsa, Allah onu sənə çəkdiyin ağrılara, əzablara bağışlasın. Can Rəşad, gülərüz, zarafatcıl Rəşad, heç kimin xətrinə dəyməyən, sadə, mehriban Rəşad… Əlvida…”
Qeyd edək ki, aktyor Rəşad Bəxtiyarov oktyabrın 16-da ağciyər xərçəngindən dünyasını dəyişib.
Əntiqə
Digər Xəbərlər

“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO

Zəfər haqqında növbəti tamaşa

Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…

İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin yubiley konserti keçirilib

Leyla Əliyeva “Q Gallery Berlin”dən paylaşım etdi - VİDEO

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR
