Məktəblərdə "TikTok" bloklanıb
"Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır".
Adalet.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, məktəblərdə internetə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışırlar: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb".
“Həmçinin, terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, - deyə nazir müavini əlavə edib.
Digər Xəbərlər
08 Iyun 2026 17:29
Prezidentdən Ramiz Fətəliyevlə bağlı SƏRƏNCAM
08 Iyun 2026 16:54
Şamil Əzizov nazir müşaviri təyin edildi
08 Iyun 2026 12:41
Bayram günlərində Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
08 Iyun 2026 12:30


Bakı -°C

