adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 19:17
85
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son Zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. 

Bu barədə Agentlikdən Adalet.az-a bildirilib. 

Qeyd edilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.