"Məktəbəqədər təhsilin əhatəsi 40 faizə yüksəlib" - Nazir

Azərbaycanda 2013-cü ildə təhsilin inkişafı üzrə Strategiyanın qəbulundan sonra bu günə qədər müəyyən dəyişikliklər baş verib.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir qeyd edib ki, təhsil islahatı ardıcıl və uzun bir prosesdir. Bir çox istiqamətlərdə əsaslı islahatlar aparılıb. O, islahatlara nümunə olaraq mükəmməl sistemə doğru irəliləməkdə daha çox uşağın məktəbəqədər təhsilə getməsinin vacibliyini söyləyib.
Nazir bildirib ki, məktəbəqədər təhsilin əhatəsi nə qədər çox olarsa, bir o qədər təhsilin keyfiyyəti yaxşılaşır. Bu baxımdan biz 16 faizdən 40 faizə çatmışıq.
Digər Xəbərlər

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

Bakı Xoreoqrafiya Akademiyası və ADA Universiteti arasında görüş keçirilib

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi - VİDEO

Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR

Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO

"İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur"

"XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək" - Məleykə Abbaszadə
