Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir

Hakimlərin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiqi, habelə həmin xidməti vəsiqələrin təqdim olunması vahid formada Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
Adalet.azxəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsini ehtiva edir.
Digər Xəbərlər

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTOLAR

Aİ missiyasının rəhbəri Azərbaycanla sərhədə gəldi

Prezidentin çıxışı zamanı “Qarabağın fatehi” səsləri ucaldı - VİDEO

Xətai rayonuna prokuror təyin edilib

Azərbaycan yenidən İsrailə müraciət edib

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürdü

Böyük Qayıdışa dair layihələrinin hazırlanması ilə əlaqədar Komissiya yaradıldı
