Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
Adalet.az Modern.az-a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub.
Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibətilə məclis təşkil ediblər.
Qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin Vətən müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
Fotoda Susanna Məhəmmədova və qəzadan tək sağ çıxan Reyhan Məhəmmədova
Digər Xəbərlər
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
14 Sentyabr 2026 18:36


Bakı -°C

