Macarıstan Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir

Macarıstan Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir.
Adalet.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.
“Macarıstan Cənubi Qafqazda sülhün tərəfdarıdır və uzun müddətdir ki, Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləyir. Ermənistanla ikitərəfli əlaqələrimiz möhkəmlənir. Biz keçən il ticarət rekordu vurmuşuq”, - o qeyd edib.