Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.
Digər Xəbərlər
02 Noyabr 2025 10:31 İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
31 Oktyabr 2025 19:20 Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13 Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02 Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39 Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14 

Bakı -°C 






















