Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.
Adalet.az xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib.
Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.
Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və "Ginnesin Rekordlar Kitabı"na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng xalça, həmçinin 2009-cu ildə xüsusi olaraq muzeyin yeni binası üçün toxunulmuş xalçalar qorunub saxlanılır. Muzeyin fondlarında 2000-ə yaxın nadir və qədim əl işi xalça məmulatları, o cümlədən XVII–XIX əsrlərə aid unikal nümunələr mövcuddur.
Sonra milli türkmən geyimlərinin moda sərgisi nümayiş olunub. Nümayiş zamanı əl işi naxışlı ipək türkmən libasları, qədim milli, həmçinin müasir elementlərlə zənginləşdirilmiş geyimlər də geniş şəkildə təqdim edilib.
Digər Xəbərlər
31 Oktyabr 2026 13:04
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31


Bakı -°C

