"Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir" - Spiker
"Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O milli birliyimizi möhkəmləndirir və cəmiyyətin inkişafına kömək göstərir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
MM sədri bildirib ki, müasir dövlətlər arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələr getdikcə daha intensiv və dinamik xarakter alır.
"Parlamentlərarası əməkdaşlığın rolu güclənir. Bu gün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib. Heasb edirik ki, ənənəvi diplomatiyanı uğurla tamamlayan parlament diplomatiyası sülhü və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində daha böyük rol oynaya bilər".
Digər Xəbərlər
01 Noyabr 2025 18:00
Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub
01 Noyabr 2025 17:38
Sahibə Qafarova Misirə səfərə getdi
01 Noyabr 2025 11:53
İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
01 Noyabr 2025 09:26


Bakı -°C

