“Komanda əzilib, çox yorulub” - VİDEO
“Rəqibi təbrik edirəm, yaxşı qalibiyyət əldə etdilər. Belə bir nəticənin olacağını təxmin edirdim, çünki komandam həddindən artıq böyük güc sərf edib”.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış “Sabah”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
“Neçə turnirdə iştirak ediblər. Həm psixoloji, həm də fiziki güc sərf ediblər. Bəzi futbolçuların bu gün meydana hazır olmamasını görürdük. Bəzi oyunçularda problemlərimiz oldu. Hansı ki, məşq buraxmışdı, xəstələnmişdi. Bir neçə faktlar oldu, hər bir halda buna səbəb deyil. Mənə elə gəlir ki, bu oyun bizə gələcəkdə böyük fayda verəcək. Biz rəqibin gücünü və istəyini tam gördük. Əvvəldən də bildirmişdik ki, çox ciddi komanda gəlir üzərimizə. Azarkeşlərimiz də çox fantastik idilər, çox yaxşı atmosfer var idi. 2 gün sonra Qəbələdə oyunumuz var, həmin oyuna hazırlaşmalıyıq. Baxmayaraq ki, komanda əzilib, çox yorulub”.
Digər Xəbərlər
25 Dekabr 2025 10:31
Afrika Millətlər Kuboku: Favoritlər turnirə qələbə ilə başladılar
24 Dekabr 2025 11:44
"Arsenal" "Çelsi"yə , “Nyukasl” "Siti"yə qarşı
24 Dekabr 2025 11:34
“Fənərbağça”nın prezidentinin narkoloji testi pozitiv çıxdı
23 Dekabr 2025 17:03
Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03


Bakı -°C

