Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin (NHS) yaradıcılarından biri kimi tanınan keçmiş səhiyyə naziri Nay Bevanın kommunist olduğundan şübhələnildiyi üçün MI5 daxili kəşfiyyat xidməti tərəfindən illərlə izlənildiyi məlum olub.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Arxivləri tərəfindən ictimaiyyətə açıqlanan sənədlər Bevanın 1933-cü ildən 1960-cı ildə vəfat edənədək nəzarətdə saxlanıldığını göstərir.
Kəşfiyyat xidməti onun parlamentdəki fəaliyyətini, şəxsi görüşlərini və digər əlaqələrini izləyib.
MI5 İkinci Dünya müharibəsi dövründə Uinston Çörçillin rəhbərlik etdiyi koalisiya hökumətinin sərt tənqidçilərindən biri olan Bevanın kommunizmə rəğbət bəslədiyindən şübhələnib. Lakin aparılan araşdırmalar onun Kommunist Partiyası ilə əlaqələrinə dair ciddi narahatlıq üçün əsas olmadığını üzə çıxarıb. Buna baxmayaraq, nəzarət davam etdirilib.
1955-ci il tarixli sənəddə qeyd olunur ki, 1943-cü ildən etibarən toplanan məlumatlara əsasən, həm kommunistlər, həm də trotskiçilər Bevanı özləri ilə əməkdaşlığa cəlb etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Uelsdə kömür mədənində işləyən Bevan sonradan siyasətə gəlib və təsirli natiqliyi ilə tanınıb. O, İkinci Dünya müharibəsindən sonra səhiyyə naziri vəzifəsini tutub, 1948-ci ildə dövlət tərəfindən maliyyələşdirilən Milli Səhiyyə Sisteminin yaradılmasına rəhbərlik edib.
Bevanın ölümündən iki il sonra hazırlanmış MI5 dosyesinin icmalında onun nə qədər mübahisəli şəxs olduğu nəzərə alınaraq sənədlərin təəccüblü dərəcədə adi xarakter daşıdığı bildirilib.
Digər Xəbərlər
31 Oktyabr 2026 10:52
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11


Bakı -°C

