İxtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, avqustun 18-i saat 10:15-ə olan məlumata əsasən, 73 min 66 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.
Digər Xəbərlər
19 Avqust 2025 17:21 Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb
19 Avqust 2025 10:59 Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı
15 Avqust 2025 12:26 Azərbaycanda 921 diplom tanınmadı - RƏSMİ
14 Avqust 2025 17:45 MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlandı
14 Avqust 2025 15:28 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
13 Avqust 2025 18:02 III qrup üzrə ixtisas seçimi edəcək şəxslərin NƏZƏRİNƏ!
13 Avqust 2025 17:17 Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır
13 Avqust 2025 16:22 

Bakı -°C 






