İşdən qanunsuz çıxarılan 48 nəfər əvvəlki işlərinə bərpa edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Adalet.az xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Digər Xəbərlər

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib

45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

Bakı-Qəbələ-Bakı qatarının qrafiki yenilənir

Baş nazir bu institutun adını dəyişdirdi

“İşğaldan azad edilən ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”
