İşçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər.
Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək.
Eyni zamanda işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.
Digər Xəbərlər
03 Dekabr 2025 17:42
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
03 Dekabr 2025 17:00
Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir - FOTOLAR
03 Dekabr 2025 16:45
Bu hallarda hamilələrə əlavə məzuniyyət veriləcək
03 Dekabr 2025 16:01


Bakı -°C

